Archil Talakvadze-13 iyun fəlakətinin nəticələrinin aradan qaldırılmasında iştirak edən bütün insanların qarşısında baş əymək istəyirəm, bu misli görünməmiş həmrəylik günü idi   
Archil Talakvadze-13 iyun fəlakətinin nəticələrinin aradan qaldırılmasında iştirak edən bütün insanların qarşısında baş əymək istəyirəm, bu misli görünməmiş həmrəylik günü idi   

 

 

 13 iyun fəlakətinin nəticələrinin aradan qaldırılmasında iştirak edən bütün insanların qarşısında baş əymək istəyirəm.Bu,ölkəmizin tarixində təəssüfdoğurucu,lakin misli görünməmiş birlik və  həmrəylik anı idi-bu barədə Gürcüstan parlamentinin sədri Archil Talakvadze ,konstitusiya dəyişikliklərinə dair ictimai müzakirənin aparıldığı Acharada bildirib.

Onun sözlərinə görə,2015-ci ilin 13 iyun gecəsi Tbilisi olduqca çətin sınaq qarşısında idi,fəlakət paytaxta zərər vurdu və “təəssüf ki, cəmiyyətin ən yaxşı üzvlərini bizdən aldı”.

“Gənc insanları  itirdik və bu onların ailələri üçün böyük bir faciə idi. Xilasetmə işçilərinin fədakarlığına  və hadisə yerində çalışan xilasedici Zurab Mozaşvilinin təəssüf ki öldüyünə şahid olduq. Bu gün yaşadığım küçə onun adını daşıyır. Bu fəlakətin aradan qaldırılmasında iştirak edən bütün insanlara, o cümlədən bir çox könüllülərə bir daha təşəkkür edirəm. Bu misli görülməmiş həmrəylik günü idi. Əsas odur ki, bu gün,   hadisələrdən beş il sonra, çox şey bərpa etdik, mühafizə sistemləri yaratdıq, siqnal sistemləri, infrastruktur yeniləndi. Bu gün paytaxt meri Kaxa Kaladze Mziurinin yeni parkını  açacaq ki ,  bu da paytaxtın mərkəzi və dəbdəbəli parklarından biri olacaq “-deyə  Archil Talakvadze bildirib.

 

      Hazırladı-Sevinc Mustafayeva