Aralıq seçkilərinin ilkin göstəriciləri ilə "Gürcü Arzusunun" namizədi Qivi Çiçinadze səslərin 57.86, "Avropa Gürcüstanının" namizədi Qiqi Uqulava isə, 57.86 faizini topladı
Aralıq seçkilərinin ilkin göstəriciləri ilə "Gürcü Arzusunun" namizədi Qivi Çiçinadze səslərin 57.86, "Avropa Gürcüstanının" namizədi Qiqi Uqulava isə, 57.86 faizini topladı

Mərkəzi Seçki Komissiyasının mətbuat spikeri, Ana Mikeladzenin bəyanatına görə, aralıq seçkilərinin 60 məntəqəsinin hər 60-nın göstəricisi hesablanıbdır və seçkilərin ilkin göstəriciləri artıq məlumdur.

Mərkəzi Seçki Komissiyasında keçirilən mətbuat konfransında Ana Mikeladzenin bəyan etdiyinə görə, ilkin göstəricilər ilə Vani və Xoni seçki məntəqələrində keçirilən aralıq seçkilərində “Gürcü Arzusunun” namizədi Qivi Çiçinadze səslərin 57.86, “Avropa Gürcüstanının” namizədi Qiqi Uqulava isə, 57.86 faizini topladı.

Beləliklə, ilkin göstəricilər ilə, aralıq seçkilərində “Gürcü Arzusunun” namizədi liderlik edir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 54 saylı majoritar seçki dairəsinin 60 seçki məntəqəsində seçicilərin fəallığı 57.9% (27 846 seçici) təşkil etdi.

Komissiyanın məlumatına görə, seçkilər seçki məntəqələrində dinc şəraitdə keçirildi. Elə onların məlumatlarına görə, ümumilikdə Mərkəzi Seçki Komissiyasında 5 şikayət qeydə alındı.