Anri Oxanaşvili - Seçki modeli ilə bağlı razılaşmadan çıxan müxalifət qrupları məsuliyyətdən baş qaçırda bilməyəcəklər
Seçki modeli ilə bağlı razılaşmadan çıxan müxalifət qrupları məsuliyyətdən baş qaçırda bilməyəcəklər, – bu barədə bəyanatı parlamentin hüquqi məsələlər üzrə komitəsinin sədri Anri Oxanaşvili verdi.
Onun dediyinə görə, razılaşma baş tutdu və “Gürcü Arzusu” tərəfindən tam şəkildə, yerinə yetiriləcək.
“Qeyri-konstitusiyonal müraciətlərə gəlincə isə, məhkəmə sisteminə siyasətin daxil edilməsi ilə bağlı çağırışlar qanunla qadağan edilir. Ona görə də, belə razılaşmalar haqqında söhbət yersizdir və fundamental prinsiplərə ziddir” – dedi Anri Oxanaşvili.