Anri Oxanaşvili - Müxalifət hələ hansı dəyərlər atrafında birləşdiyini müəyyənləşdirsin

Hüquqi məsələlər üzrə komitə sədri Anri Oxanaşvilinin bəyanatına görə, “Gürcü Arzusunda” seçki məsələləri ilə bağlı müzakirələr aparılır.

Ancaq müzakirələrin detalları haqqında danışmaqdan Anri Oxanaşvili baş qaçırdır.

Onun dediyinə görə, birləşmiş müxalifətin gələcək fəaliyyət üçün perspektivi yoxdur.

“Müxalifət hələ hansı dəyərlər atrafında birləşdiyini müəyyənləşdirsin və bunu ictimaiyyətə açıqlasın. Bunlar  keçmişdə qalan qruplardır və gələcəkdə də heç bir pesrpektivləri yoxdur” – dedi Anri Oxanaşvili.