Anri Oxanaşvili - bir-birimizlə hazır reseptlərlə, ultimatumlarla danışmırıq, istənilən məsələni müzakirə etməyə hazırıq, bir şəkildə mövqeyimizi yaxınlaşdırmağı bacarmalıyıq
Anri Oxanaşvili - bir-birimizlə hazır reseptlərlə, ultimatumlarla danışmırıq, istənilən məsələni müzakirə etməyə hazırıq, bir şəkildə mövqeyimizi yaxınlaşdırmağı bacarmalıyıq

 

Vətəndaşlarımız ədalət mühakiməsinin həyata keçirilməsi üçün aylarla gözləməməlidirlər. Bunun üçün hakimlərin sayını artırmaq, onlar üçün sosial zəmanətlərin olması lazımdır – bu barədə Parlamentin Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili bildirib.

O, müzakirə edilməsi gərəkən məsələlərin müəyyənləşdirilməsinə başlanıldığını bildirib.

“Biz müzakirə edilməsi gərəkən məsələləri müəyyən etməyə başladıq. Heç bir məsələdə qapımız bağlı deyil və müzakirə edə bilərik. Bu məsələlərə arqumentlər, beynəlxalq təcrübə və Venesiya Komissiyasının yanaşmaları lazım olacaq. Bu səbəbdən “nou-hau” və islahatın bu şəkildə olması ilə bağlı kiminsə fikri arqument olmayacaq. Bir-birimizlə ultimatumla, hazır reseptlərlə danışmırıq. Arqumentlərin olacağı istənilən məsələni müzakirə etməyə hazırıq. Bir şəkildə mövqeyimizi yaxınlaşdırmağı bacarmalıyıq. Bu yanaşma əsasında müzakirə aparırıq. Məhkəmənin çox yüklü olması, sürətli ədalət mühakiməsi və məhkəmə qərarlarının əsaslandırılması kimi müəyyən etdiyimiz bəzi məsələlər var. Bu, vətəndaşlarımızın marağındadır və ədalət mühakiməsinin həyata keçirilməsi üçün aylarla gözləməməlidirlər. Bunun üçün hakimlərin sayını artırmaq, onlar üçün sosial zəmanətlərin olması lazımdır” – deyə Anri Oxanaşvili bildirib.