Anri Oxanaşvili - Az saylı istisnalardan başqa, "Avropa Gürcüstanının" əsas qrupu yenə Saakaşvilinin əlindədir
Anri Oxanaşvili - Az saylı istisnalardan başqa, "Avropa Gürcüstanının" əsas qrupu yenə Saakaşvilinin əlindədir

Beləliklə, özləri deyirlər ki, Saakaşvilinin əsirliyindədirlər, birbaşa və yaxud dolayı yollarla, ancaq bu qənaətə gəlmək olar, – bu bəyanatı parlamentin hüquqi məsələlər üzrə komitəsinin sədri Anri Oxanaşvili “Avropa Gürcüstanı” partiyasının liderlərinin istefası ilə bağlı verdi.

“Güya ikiyə bölünən “Milli Hərəkat” əslində eynidir və “Avropa Gürcüstanının” əsas qrupu yenə Saakaşvilini tabeliyindədir” – dedi Anri Oxanaşvili.

Xatırladaq ki, partiyanın iki lideri Gigi Uqulava və Giqa Bokeria partiyanın lider vəzifələrindən istefa etdilər, ancaq siyasətdə qalacaqlarını bəyan etdilər.

Gigi Uqulava bəyan edir ki, partiyanın növbəti səs verməsində baş katib vəzifəsi üçün namizədliyini təqdim etməyəcək.

“Mən də Davit Bakradze kimi düşünürəm və namizədliyimi yenidən təqdim etməyəcəm. Düşünürəm ki, bu doğru və logik bir qərardır. Seçkilərin saxtalaşdırıldığına baxmayaraq, partiyamızın əldə etdiyi nəticə çox pis idi.  Bunda mənim də günahım var və məsuliyyəti üzərimə götürürəm” – dedi Gigi Uqulava.