Ancey Duda Trampla bərabər keçirdiyi mətbuat konfransında Gürcüstan haqqında danışdı -Rusiyanın imperialist ambisiyaları yeniləndi və 2008-ci ildə, o Gürcüstana hücum etdi
Son on ildə Rusiyanın imperialist ambisiyaları yeniləndi və 2008-ci ildə, o Gürcüstana hücum etdi, – bu barədə bəyanatı Polşa prezidenti Ağ Evdə, ABŞ prezidenti Donald Tramp ilə birlikdə keçirdiyi mətbuat konfransında verdi.
“Bu çox məsuliyyətli bir qərardır, ancaq prezident Trampdan xahiş etdim ki, ABŞ qüvvələrini Avropadan çıxardmasın, çünki Avropanın təhlükəsizliyi mənim üçün çox önəmlidir. Amerikan əsgərini Polşaya qəbul etmək üçün də hazıram. 2014-cü ildə Rusiya Ukraynaya hücum etdi, Krımı aldı və Luqansk və Donetski zəbt edib. Ona qədər isə, Gürcüstana hücum etdi”, – dedi Ancey Duda.
Ancey Dudanın dediyinə görə, Avropada ABŞ silahlı qüvvələrinin olması, Avropanın təhlükəsizliyinin zəmanətidir.
“Sevinirəm ki, ABŞ prezidenti Avropada olan vəziyyəti başa düşür. Ona görə də, 2008-ci ildə Gürcüstana hücum edən Rusiyanın son on ildə artan imperial ambisiyaları, bu regionda indi biraz dayanıb. Əminəm ki, bu ABŞ siyasətinin nəticəsidir” – dedi Polşa prezidenti.