Andrea Pirlo kariyerasında son matçını keçirdi
Andrea Pirlo kariyerasında son matçını keçirdi

Əfsanəvi İtalyalı futbolçu Andrea Pirlo kariyerasında son matçını keçirdi. “Nyu York Siti”-nin 38 yaşlı oyunçusu “Kalambus”-a qarşı oyunda meydana 90-cı dəqiqədə daxil oldu. Daha əvvəl isə, Pirlo bəyan etmişdir ki, ki bu onun kariyerasında son oyun olacaq.

MLS-in pley off dörddəbir finalında “Nyu York Siti” təkrar oyunu 2:0 hesabı ilə qazandı.

Andrea Pirlo ABŞ-a 2015-ci ildə, “Yuventusdan” keçdi. Burada o, 4 il oynadı. Bundan əvvəl isə 10 il “Milanda” idi.

Əfsanəvi yarım müdafiəçi 6 dəfə İtaliya çempionu idi, 2006-cı ildə isə İtaliya yığması tərkibində dünya çempionu oldu.

Ümumlükdə o, 872 rəsmi görüş keçirdi, 86 qol vurdu və 18 titul qazandı.