Pirlonun vida matçında Kaladze də oynayacaq
Pirlonun vida matçında Kaladze də oynayacaq

Mayın 21-də “San-Siro” stadionunda İtaliyanın yığması və “Milanın” məhşur futbolçusu, Andrea Pirlonun vida matçı keçiriləcək. Matçda Tbilisi meri və “Milanın” keçmiş müdafiəçisi, Kaxa Kaladze də iştirak edəcək.

Matçda futbolun başqa məhşur oyunçuları da iştirak edəcəklər, o cümlədən Kafu, Paolo Maldini, Dida, Canluici Buffon, Daniele de Rossi və başqaları.