Analizləri Roterdama göndərilən Gürcüstanın iki vətəndaşında yeni koronavirus müəyyənləşdirilmədi
Analizləri Roterdama göndərilən Gürcüstanın iki vətəndaşında yeni koronavirus müəyyənləşdirilmədi

Analizləri Roterdama göndərilən, Gürcüstanın iki vətəndaşında yeni koronavirus müəyyənləşdirilmədi, – bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze bəyan etdi.

Analizlər Niderlandlara, Erasmus Universitetinə göndərilmişdi. Gürcü tərəfi cavabı bu gün aldı və onu Luqar Laboratoriyasında da yoxladılar.

Bununla yanaşı, İnfeksiya Xəstəxanasında, bokslaşdırılmış şöbədə müşahidə dörd insan üzərində aparılırdı. Güman edildiyinə görə, Niderlandlardan analizinin mənfi cavabı gələn həmin iki pasienti evə buraxacaqlar.