Anagi kəndinin əhalisi içməli su tələbi ilə etiraz aksiyası keçirir

Siğnaği munisipalitetinin Anagi kəndinın əhalisi içməli su tələbi ilə etiraz aksiyası keçirir.

Yerli sakinlər bəyan edirlər ki, kənddə içməli su sadəcə bir neçə ailəyə çatır, əhalinin böyük hissəsi isə, susuz qalıb.

Onların dediyinə görə, mərkəzi şəbəkədən o qədər az su gəlir ki, suyu vedrələrə doldurmaq üçün saatlart lazımdır.

Anagidə on il bundan əvvəl qoyulan rezervuar isə, yerli sakinlərin dediyinə görə, çoxdan kirlənib.

Aksiya iştirakçıları avtomobil yolunu kəsməyə çalışdılar, ancaq polis onlara mane oldu.

Bugün aksiya iştirakçıları ilə yerli hakimiyyətin nümayəndələri görüşdülər.