Ana Qomeş - Bidzina İvanişvili partiyanın təsisçisidir və partiyanın rəhbəri olmalıdır
Ana Qomeş - Bidzina İvanişvili partiyanın təsisçisidir və partiyanın rəhbəri olmalıdır

Avropa Parlamentinin üzvü Ana Qomeş düşünür ki, Bidzina İvanişvilinin “Gürcü Arzusunun” sədr seçilməsi alqışlanasıdır, çünki onun dediyinə görə, İvanişvili partiyanın fəaliyyətinə məsiliyyət daşıyır.

Avropa Parlamentinin üzvü hesab edir ki, Bidzina İvanişvili “Gürcü Arzusunun” təsisçisidir və partiyanın rəhbəri olmalıdır.

“Mən Bidzinanın dönməsini müsbət dəyərləndirirəm. Çox yaxşıdır və alqışlanasıdır ki, o, üzərinə məsuliyyət götürür. Bidzina İvanişvili partiyanın lideri idi və bu mövqedə qaldı. Bunu Gürcüstanda və xaricdə də yaxşı bilirlər. Yaxşıdır ki, partiyanın fəaliyyətinə üzərinə məsiliyyət götürür. Bidzina İvanişvili “Gürcü Arzusunun” təsisçisidir və partiyanın rəhbəri olmalıdır”, – Birinci Kanala Ana Qomeş bəyan etdi.

“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası ofisində keçirilən görüşdən sonra, Baş nazir, Giorgi Kvirikaşvili bəyan etdi ki, partiyaya Bidzina İvanişvili rəhbərlik edəcək.

Bidzina İvanişvili ölkəmizin ən ağır dövründə partiya yaratdı. Bidizna İvanişvilinin faktorunun komandamız üçün nə qədər böyük olduğu hamı üçün aydındır. Demək istəyirəm, komandamızın adı ilə Bidzina İvanişviliyə partiyanın sədrliyini təklif etdim və sevinirəm ki, Bidzina İvanişvili razılığını bəyan etdi”, – Kvirikaşvili qeyd etdi.