Amiran Qamkrelidze - Bolnisi munisipalitetinin Muşevani kəndinin demək olar ki, bütün əhalisi koronavirus yoxlanışından keçdi
Amiran Qamkrelidze - Bolnisi munisipalitetinin Muşevani kəndinin demək olar ki, bütün əhalisi koronavirus yoxlanışından keçdi

Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin məlumatına görə, Bolnisi munisipalitetinin Muşevani kəndinin demək olar ki, bütün əhalisi koronavirus yoxlanışından keçdi.

“Kvemo-Kartli klasteri çox önəmlidir. Ən qaynar nöqtə Muşevani kəndidir.  O kənddə 750 nəfər yoxlanıldı və bu kəndin bütün əhalisidir. Hərkəsin klinik vəziyyəti qənaətbəxşdir. Yoluxanların çoxu artıq sağalıb və bir müddətliyinə karantindədirlər” – dedi Amiran Qamkrelidze.