Amiran Qamğrelidze - "Meymun çiçəyi" virusunun 2-3 saata diaqnozunu qoymaq üçün tezliklə xüsusi "PCR " testlərə sahib olacağıq
Amiran Qamğrelidze - "Meymun çiçəyi" virusunun 2-3 saata diaqnozunu qoymaq üçün tezliklə xüsusi "PCR " testlərə sahib olacağıq

 
“Meymun çiçəyi” virusunun 2-3 saata diaqnozunu qoymaq üçün tezliklə xüsusi “PCR ” testlərə sahib olacağıq –bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Amiran Qamğrelidze Gürcüstanın Birinci Kanalının efirində bildirib.

Onun sözlərinə görə, şübhəli simptomlar olması halında insanın 21 gün özünü təcrid etməsi zəruridir.

Bununla birlikdə, Amiran Qamğrelidze Gürcüstanın “Meymun çiçəyi”-nin yayılması baxımından aşağı riskli ölkə hesab olunduğunu, lakin epidemioloji nəzarətin gücləndirilməsinin yenə də önəmli olduğunu bildirib.

“Bu gün dırnaq arası müşahidə və hazırlıq rejimi var. Səpki ilə irəliləyən xəstəliklərə epidemioloji nəzarəti gücləndirməliyik, laboratoroloji diaqnoz qoymaq üçün tutumumuz (imkanlarımız) olmalıdır. Bizdə, Luqar Mərkəzində, genom ardıcıllığı ilə virusu aşkar etmək, “Meymun çiçəyi” virusunu müəyyənləşdirmək imkanımız var. “Meymun çiçəyi” virusunun 2-3 saata diaqnozunu qoymaq üçün tezliklə xüsusi “PCR ” testlərə sahib olacağıq. Biz yenə də aşağı riskli ölkə hesab edilirik, lakin epidemioloji nəzarəti və laboratoroloji hazırlığı gücləndirməliyik. Əgər şübhəli simptomlu kimsə olarsa, o zaman 21 gün boyunca mütləq təcrid edilməlidir”-deyə Amiran Qamğrelidze bildirib.