Amiran Qamğrelidze - gələn üç-dörd həftə kifayət qədər çətin olacaq
Amiran Qamğrelidze - gələn üç-dörd həftə kifayət qədər çətin olacaq

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze bəyan edir ki, ölkədə yeni koronavirusun yayılması piki hələ baş verməyib.

Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, gələn üç-dörd həftə kifayət qədər çətin olacaq.

“Artım azdır, çünki hələ pik deyil. Bizdə artıq daxili yayılma halları 22 martdan var, buna görə, bir qayda olaraq, sonrakı yeddi səkkiz həftə, daxili yayılma başlayanda, çətin olur. Buna görə, hamımız növbəti 3-4 həftə ərzində hərəkətlərimizə böyük məsuliyyətlə yanaşmalıyıq. Əgər istəyiriksə, bu pik dövrünü az ziyanla yola verək, Xəstəliklərə Nəzarət Milli Mərkəzinin və hökumətin verdiyi bütün rekomdasiyaları müdafiə etməliyik”, – Amiran Qamğrelidze bəyan etdi.

Suala ki, növbəti üç həftədən sonra haların azalması baş verəcək ya yox, Amiran Qamğrelidze bəyan etdi ki, bunu proqnozlaşdırmaq çətindir.