Amiran Qamkrelidzenin bəyanatına görə, bu vaxt üçün koronavirusa 4 666 tibb işçisi yoluxub
Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin bəyanatına görə, ölkədə bu vaxt üçün koronavirusa 4 666 tibb işçisi yoluxub.
“Avqustun sonlarında 200 qədər koronaviruslu tibb işçimiz var idi, ancaq oktyabr-noyabr aylarında bu rəqəm 4 666-ə qədər artdı.
Bu ümumilikdə infeksiyaya yoluxanların 6.4 faizidir, ancaq bunların hamısı həkim deyil, əksəriyyəti orta və kiçik personaldır” – dedi Amiran Qamkrelidze.