Amiran Qamkrelidze - Vaksinasiya planımız əhalinin 60 faizi üçün nəzərdə tutulub
Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin bəyanatına görə, yaxın gələcəkdə, Gürcüstan “Kovaks” platformasında yerləşdirilən vaksinayı alacaq.
Onun dediyinə görə, qeyd olunan platformada yerləşdirilən hər bir vaksinanın Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən verilən avtorizasiyası olacaq.
Qamkrelidze deyir ki, vaksinasiya planı əhalinin sadəcə 60 faizi üçün nəzərdə tutulub.
“Vaksinasiya sadəcə 18 yaşdan yuxarı olanlar üçün nəzərdə tutulur, çünki 18 yaşdan aşağı olanlar üçün klinik tədqiqatlar aparılmayıb.
Əhalinin 60 faizi vaksinayı aldıqdan sonra, normal həyat ritminə qayıda bilərik”, – dedi Amiran Qamkrelidze.