Amiran Qamkrelidze - Siyasi və yaxud başqa məqsədlərlə, Rusiyadan Luqar laboratoriyası ilə bağlı ittihamlar eşidilir, bu yenilik deyil

Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin bəyanatına görə, Rusiya tərəfindən, periodik olaraq, siyasi və yaxud başqa məqsədlərlə Luqar laboratoriyası ilə bağlı müxtəlif ittihamlar eşidilir.

“Qonşu ölkəmiz tərəfindən verilən növbəti provokasiyalı bəyanatlar bizim üçün yenilik deyil. İllərdir eyni ittihamlar təkrarlanır.

Bunlar sabiq “böyük qardaşımızın” Gürcüstanın Avro-Atlantik məkanı seçdiyi üçün bizdən küsməyi ilə bağlıdır. Luqar laboratoriyasına qarşı irəli sürülən ittihamlar da ondan irəli gəlir” – dedi Amiran Qamkrelidze.