Amiran Qamkrelidze - Milli imtahanlar pandemiya dövrünün ən böyük yığıncaqlarından biri idi, ancaq deyə bilərik ki, imtahanları yaxşı tapşırdıq
Biz əslində, pandemiya dövründə imtahanların necə keçiriləcəyi ilə bağlı təcrübə qazandıq, – bu barədə bəyanatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze Vahid Milli İmtahanları yekunlaşdırarkən verdi.
Qamkrelidze bəyan etdi ki, geniş-miqyaslı yığıncaq şərtlərində, ölkədəki epid-vəziyyət ağırlaşmadı.
“Milli imtahanlarda təqribən 50 min abiturient yığıldı və sadəcə iki abiturientdə infeksiya aşkarlandı. İmtahanlardan sonra infeksiyanın yayılması davam etmədi və ölkədəki epid-vəziyyətə təsiri olmadı” – dedi Amiran Qamkrelidze.