Amiran Qamkrelidze - Xahiş edirəm bu yaşıl və qırmızı zonalarla manipulyasiya etməyin
Amiran Qamkrelidze - Xahiş edirəm bu yaşıl və qırmızı zonalarla manipulyasiya etməyin

Xahiş edirəm bu yaşıl və qırmızı zonalarla manipulyasiya etməyin, – bu bəyanatla Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin sədri Amiran Qamkrelidze, Gürcüstanın yaşıl zona olaraq, qalıb-qalmaması ilə bağlı jurnalistlərin verdikləri suallara cavab verdi.

Onun dediyinə görə, Gürcüstanda infeksiyaya yoluxanların sayı Avropa miqyasında ən aşağıdır.

“Yaşıl və qırmızı zonalarla manipulyasiya əhalidə panikanın yaranmasına səbəb olur.

Acarıstanda qoyulan məhdudiyyətlər koronavirus hallarının artmasını azaldacaq”- dedi Amiran Qamkrelidze.

Onun dediyinə görə, son bir həftə ərzində koronavirusdan yeddi nəfərin ölməsinə baxmayaraq, Gürcüstanda həlak olanların faiz göstəricisi Avropa miqyasında ən aşağıdır.