Amiran Qamkrelidze - İmtahan günü termoskrininq nəticəsində 37 dərəcə temperaturu aşkarlanan abiturientlərə alternativ imkan təklif ediləcək
Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bugünki brifinqdə milli imtahanlarla bağlı danışdı və qeyd etdi ki, müvafiq rekomedasiyalarla bağlı iş aparılır.
Amiran Qamkrelidzenin dediyinə görə, imtahan günü termoskrininq nəticəsində 37 dərəcə temperaturu aşkarlanan abiturientlər üçün alternativ imkan təklif ediləcək ki, yaşıdlarından geridə qalmasınlar.
Qamkrelidzenin dediiynə görə, termoskrininqlə bağlı müzakirələr aparılır.
İmtahanların təxirə salınması ehtimalı ilə bağlı isə, Qamkrelidze bəyan etdi ki, belə qərarı, imtahan vaxtına qədər, epid-vəziyyətdən asılı olaraq, sadəcə Təhsil Nazirliyi verə bilər.