Amiran Qamkrelidze - İctimai Nəqliyyatda sosiyal məsafəyi qorumalıyıq və mütləq tibbi maska taxmalıyıq
Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin Rəhbəri Amiran Qamkrelidze bəyan edir ki, ictimai nəqliyyat vasitələrində mütləq sosiyal məsafə qorunmalıdır və tibbi maskalar taxılmalıdır.
Qamkrelidzenin dediyinə görə, növbəti aylarda da tibbi maska taxmaq zərurəti olacaq və buna artıq öyrəşməliyik.
“Tibbi maska sosiyal məsafənin qorunması üçün ən yaxşı vasitədir, ona görə də, cari il boyu ondan istifadə etməyə davam edəcəyik. Mən misal üçün cibimdə dezinfeksiya üçün maddə saxlayıram. Özümüzü virusdan müdafiyə etməyə öyrəşməliyik və hər nəqədər sevsək də, imkan daxilində, insan toplaşması olan yerlərdən uzad durmalıyıq” – dedi Amiran Qamkrelidze.