Amiran Qamkrelidze - Daha çox lokal məhdudiyyətlərin qoyulmasına ehtiyac var, bu haqda şura da müzakirə etdi və müvafiq qərar veriləcək
Amiran Qamkrelidze - Daha çox lokal məhdudiyyətlərin qoyulmasına ehtiyac var, bu haqda şura da müzakirə etdi və müvafiq qərar veriləcək

Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bəyan edir ki, ölkədə daha çox lokal məhdidiyyətlərin qoyulması gərəktir.

Amiran Qamkrelidzenin koordinasiya şurasının iclasından sonra verdiyi bəyanatına görə, əlavə məhdudiyyətlərin qoyulması ilə bağlı koordinasiya şurasında müzakirə aparıldı.

“Epidemiyanın inkişaf etməsi fonunda, Avropanın bütün ölkələri bəzi yerdə sərt, bəzi yerdə isə, yumuşaq məhdudiyyətlər qoydu. Yaz fəslindəki kimi lokdaunlar olmayacaq, ancaq bəzi məhdudiyyətlər burada da qoyulacaq.

Daha çox lokal məhdudiyyətlərin qoyulmasına ehtiyac var, bu haqda şura da müzakirə etdi və müvafiq qərar veriləcək” – dedi Amiran Qamkrelidze.

Gürcüstanda koronavirusun 2 775 yeni halı qeydə alındı, 3 560 pasient sağaldı.

Bu vaxt üçün Gürcüstanda koronavirusun 51 993 halı qeydə alınıb.

Son 24 saat ərzində, həlak olan 22 pasientlə bərabər, koronavirusdan ölkədə 423 nəfər həlak olub.