Amiran Qamkrelidze - Bugün mövcud olan epid-vəziyyəti qoruya bilsək, sentyabrda təhsil prosesi ənənəvi stildə bərpa olunacaq
Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin Rəhbəri Amiran Qamkrelidzenin bəyanatına görə, bazar ertəsi başlayan vahid milli imtahanlarla bağlı bütün tədbirlər görülüb və infeksiyanın yayılması riski minimuma düşürülüb.
Qamkrelidzenin dediyinə görə, bugünki epid-vəziyyətdən irəli gələrək, sentyabrda ənənəvi təhsil prosesinin bərpa edilməsi üçün maneə yoxdur.
“Bugün mövcud olan epid-vəziyyəti qoruya bilsək, təhsil prosesi ənənəvi stildə bərpa olunacaq. Hazırda təhsil prosesi distansiyalıdır, ancaq sentyabra qədər vəziyyət belə olsa, koordinasiya şurasının iclasında bu məsələ müzakirə olunacaq və ənənəvi təhsil prosesi bərpa olunacaq” – dedi Amiran Qamkrelidze.