Amiran Qamkrelidze - Abiturientlərə PCR testlər pulsuz keçiriləcək
Amiran Qamkrelidze - Abiturientlərə PCR testlər pulsuz keçiriləcək

Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bəyan  edir ki, abiturientlərə PCR testlər pulsuz keçiriləcək.

Qamkrelidzenin dediyinə görə, imtahandan bir neçə gün əvvəl abiturientin koronavirus simptomları varsa, o mütləq həkim tərəfindən yoxlanmalıdır.

“Məlum olduğu kimi, covid-19 halı ancaq PCR texnologiya ilə yoxlanıldıqdan sonra təsdiqlənmiş hesab olunur və belə test zamanı koronavirusu aşkarlanan abiturient imtahana buraxılmayacaq. Ona görə də, abiturientin müvafiq simpomları varsa, imtahandan bir neçə gün öncə tibbi yoxlanışdan keçməlidir” – dedi Amiran Qamkrelidze.