Amiran Qamğrelidze "Meymun çiçəyi"nə qarşı dərmanın olduğunu və Gürcüstanın bunun üçün müraciət edəcəyini bildirir
Amiran Qamğrelidze "Meymun çiçəyi"nə qarşı dərmanın olduğunu və Gürcüstanın bunun üçün müraciət edəcəyini bildirir

 

Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Amiran Qamğrelidzenin sözlərinə görə, hazırkı göstəricilərlə Gürcüstanda “Meymun çiçəyi”nə yoluxma halı qeydə alınmayıb.

Onun sözlərinə görə, şübhəli halı genom ardıcıllığı ilə müəyyən etmək olar. Qamğrelidzenin də qeyd etdiyi üzrə, tezliklə ölkədə virusun diaqnozu üçün sürətli PCR testləri də olacaq.

“Bu gün biz “Meymun çiçəyi” virusunun diaqnozunu qoya bilərik. Bunu genom ardıcıllığı ilə müəyyən edə bilərik. Ardıcıllıq prosesinə üç gündən 4-5 günə qədər vaxt lazımdır. Sürətli PCR testlərinə gəlincə, bir neçə günə, ən azı gələn həftə bu testi qurmaq üçün bazaya sahib olacağıq. Mümkün hal hələ qeydə alınmayıb”-deyə Amiran Qamğrelidze bildirib.

Bununla yanaşı, Amiran Qamğrelidzenin sözlərinə görə, Avropa Dərman Agentliyi “Meymun çiçəyi” zamanı istifadə edilə bilən dərmana icazə verib. Onun sözlərinə görə, Gürcüstan bu dərman üçün müraciət edəcək.

“Əlbəttə ki, dərman üçün müraciət edəcəyik. Bildiyiniz kimi, Avropa Dərman Agentliyinin icazə verdiyi medikament var. Nazirlik artıq işləyir və biz bunun ölkədə olacağını düşünürük, lakin bu gün əsasən simptomatik müalicə aparılır” – deyə Qamğrelidze bildirib.

Qamğrelidzenin sözlərinə görə, bu gün dünyada “Meymun çiçəyi”nə 400-ə yaxın yoluxma faktı təsdiqlənib.

“Müxtəlif alternativ mənbələrlə təxminən 400-ə yaxın yoluxma hadisəsi var. Ən son göstəricilərimiz sabah dərc olunacaq. Çərşənbə günləri saytımızda həftəlik məlumatlar, eləcə də cəmiyyətimizi narahat edən qeyri-adi hepatit məlumatları yerləşdirilir. Suçiçəyi peyvəndi bu virusdan qorumur. Bizim nəsil, 1980-ci ildən əvvəl peyvənd olunanlar bir qədər qorunuruq. 1980-ci ildən sonra doğulanlar peyvənd olunmayacaqsınız , lakin kütləvi peyvəndləmədən söhbət gedir. Hələlik, yoluxmuş insanlarla təmasda olan insanların beynəlxalq səviyyədə aşkar edildiyi təqdirdə peyvənd edilməsi tövsiyə olunur” -deyə Qamğrelidze deyib.