Almaniyanın Xarici İşlər Naziri - Ümid edirik ki, Gürcüstanda siyasi tərəflər yaranan problemi dialoq vasitəsi ilə həll edə biləcəklər

“Gürcüstanda Baş verən siyasi hadisələri diqqətlicə izləyirik və ümid edirik ki, tərəflər problemi dialoq vasitəsi ilə həll edə biləcəklər”, – bu barədə bəyanatı Almaniyanın Xarici İşlər Naziri Xeiko Mass, gürcü həmkarı Davit Zalkaniani ilə birgə mətbuat-konfransı zamanı verdi.

“Bizim bu prosesə qatqı edə bilmə imkanımız varsa, bunu sevə-sevə edərik” – dedi Almaniyanın Xarici İşlər Naziri.

Onun dediyinə görə, Almaniya Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü hər zamanki kimi dəstəkləyir.

“Gürcülər iki ildir Almaniyaya vizasız gələ bilirlər, ancaq öz ölkələrində onların inzibati xəttləri içğalçılar tərəfindən qapanır. İşğalçılar gücdən istifadə edirlər və buna bir son qoyulmalıdır” – dedi Haiko Maas.