Almaniyadan sığınacaq istəyənlərin sayı ilə Gürcüstan onuncu yerdədir

Almaniyadan sığınacaq istəyənlərin sayı ilə Gürcüstan onuncu yerdədir.

Ölkənin federal miqrasiya bürosunun göstəriciləri ilə, yanvar-sentyabr aylarında Almaniyadan sığınacaq tələb edən Gürcüstan vətəndaşlarının sayı 2953-dır.

Keçən ilin analoji dövründə, ərizələrin sayı 3257 idi. Müvafiq olaraq da, bu ilki göstərici 10 faizlə azalıb.

Bununla yanaşı, idarənin veb-səhifəsində yayılan göstəricilərə əsasən, ərizələrin əksəriyyətinə mənfi cavab verildi.

Tam olaraq, bu il Almaniyadan sığınacaq istəyənlərin sayı 127 917-dir. Onlardan 31 436 Suriyədən idi.

Onluğa həmçinin İraq, Türkiyə, Nigeriya, Əfqanistan, İran, Somali və Eritrea daxildir.

3212 ərizədə isə, vətəndaşlıq göstərilməyib.