Almaniya Səfirliyi - ölkələrimiz arasında sıx əməkdaşlıq əlaməti olaraq televiziya qülləsinin Almaniya və Gürcüstan bayraqlarının rənglərində işıqlandırılmasından dolayı şadıq

 

Tbilisinin teleqülləsi bu gün Almaniya və Gürcüstan bayraqlarının rənglərində işıqlandırılıb. Bu barədə Almaniyanın Gürcüstandakı səfirliyi sosial şəbəkədə yazır.

“30 illik yubiley ilə əlaqədar və ölkələrimiz arasında sıx əməkdaşlıq əlaməti olaraq televiziya qülləsinin Almaniya və Gürcüstan bayraqlarının rənglərində işıqlandırılmasından dolayı şadıq”, -deyə səfirliyin vebsəhifəsində qeyd olunub.

2022-ci ildə Gürcüstan və Almaniya Federativ Respublikası arasında diplomatik əlaqələrin 30 illiyi tamam olur.a