Almaniya səfiri - Parlamentlə bağlı yenə siyasi gərginlik var və buna siyasətçilər reaksiya verməlidirlər
Ümid edirəm ki, Gürcüstanda siyasi oyunçular olaraq, hərkəs üzərinə düşən məsuliyyəti götürəcək, – bu barədə bəyanatı Gürcüstanda Almaniya səfiri Hubert Knirş, son zamanlar Gürcüstanda baş verən hadisələrlə bağlı danışarkən verdi.
Almaniya səfiri ümid edir ki, siyasətçilər yaranan vəziyyətə təsir etmək üçün əlindən gələni edəcəklər.
“Parlament ətrafında bu gün sakitçilikdir, ancaq siyasi gərginlik hələ də hiss olunur və siyasətçilər bu vəziyyətə müvafiq reaksiya verməlidirlər. Biz bir çox siyasətçi ilə söhbət etdik və ümid edirəm ki, onlar yaranan siyasi vəziyyətə təsir etmək üçün əlindən gələni edəcəklər” – dedi səfir.