Almaniya səfiri - Bütün siyasi partiyalara müraciət edirik, konstitusiya dəyişikliklərinə səs versinlər və səbəb axtarmasınlar
Bütün siyasi partiyalara müraciət edirik, konstitusiya dəyişikliklərinə səs versinlər və səbəb axtarmasınlar, – bu bəyanatı jurnalistlərlə söhbət zamanı Almaniyanın Gürcüstandaki səfiri Hubert Knirş verdi.
“Səkkiz mart razılaşması, bazar ertəsi səs verməyə çıxardılacaq olan konstitusiya dəyişikliklərini əhatə edir. Yaxşı seçki qanunvericiliyi xalqın haqqıdır və gürcü xalqı bu imkandan məhrum edilməməlidir. Siyasi partiyalar bunu düşünsünlər” – dedi Hubert Knirş.
Hubert Knirş bəyan edir ki, Giorgi Ruruanın 8 mart razılaşmasında adı çəkilməyib.
“Razılaşmada Giorgi Ruruanın azad edilməsindən söhbət aparılmayıb. Ona görə də, bütün siyasi partiyalara müraciət edirik, konstitusiya dəyişikliklərinə səs versinlər və səbəb axtarmasınlar. Konstituisya dəyişikliklərinin təsdiqlənməsinin nailiyyəti, onu dəstəkləyənlərin kitabına yazılacaq” – dedi Hubert Knirş.