Almaniya Daxili İşlər naziri - Münster şəhərində baş verən hadisə terror aktı deyil
Aprelin 7-də Almaniyanın Münster şəhərində baş verən hadisə terror aktı deyil.
Bunu bu gün Almaniya daxili işlər naziri Xorst Zeexofer Münsterə səfəri zamanı bildirdi.
Daxili işlər naziri araşdırma zamanı terror izinə rast gəlinmədiyini, sürücünün yalnız hərəkət etdiyini söyləyib.
Zeexofer araşdırmaların davam etdiyini də qeyd edib.
Qeyd edək ki, aprelin 7-də Almaniyanın Münster şəhərində sürücünün idarə etdiyi yük avtomobili bir qrup insanın üstünə sürüb. Hadisə nəticəsində 2 nəfər ölüb, 20 nəfər xəsarət alıb. Xəsarət alanlardan 6 nəfərin vəziyyəti ağırdır. Hücumçü həyatına intiharla son qoydu.