Ali Ədliyyə Şurasında müstəqil müfəttişliyə namizələrlə söhbətləşmə keçirilir
Ali Ədliyyə Şurasında müstəqil müfəttişliyə namizələrlə söhbətləşmə keçirilir

Ali Ədliyyə Şurasında müstəqil müfəttişliyə namizələrlə, qapalı qapılar arxasında söhbətləşmə keçirilir. Şura üzvləri 28 namizədlə söhbətləşmə aparacaqlar.

Ali Ədliyyə Şurası katibi, Giorgi Mikautadzenin açıqlamasına görə, prosses dinc şəraitdə keçirilir.

“Artıq ikinci gündür ki, Ali Ədliyyə Şurası müstəqil müfəttişliyə namizələrlə söhbətləşmə aparır. Çıxış edənlər arasında güclü namizədlər də var. Öncədən dəyərləndirmə və favoritlərin açıqlanması, məncə düzgün olmayacaq, çünki söhbətləşmə mərhələsini mütləq başa çatdırmalıyıq”, – Mikautadze bəyan etdi.

Ali Ədliyyə Şurasının üzvü, Dimitri Qvritişvilinin dediyinə görə, namizədlərə ən çox suallar, onların gələcəkdə əldə rəhbər tutacağı qanunvericilik aktıdan verilir.

Elə bu gün, şura üzvləri, müstəqil namizədin funksiyasını bir daha xüsusi ilə qeyd etdilər. Dimitri Qvritişvilinin dediyinə görə, müfəttişin əsas funksiyası, ictimaiyyət qarşısında öhdləlikdir.

Ali Ədliyyə Şurası, müstəqil müfəttişin seçilməsi məqsədi ilə söhbətləşməni artıq ikinci gündür ki, aparır. Cəmi 46 namizıdlər söhbətləşmə ediləcək. Səsvermə, güman edildiyinə görə, gələn həftə baş tutacaq.