Aleksandre Daraxvelidze - tranzit və qeyri-tranzit yüklər Gürcüstanda gömrük nəzarətindən keçir və oxşar şübhəli fakt müşahidə olunmayıb
Aleksandre Daraxvelidze - tranzit və qeyri-tranzit yüklər Gürcüstanda gömrük nəzarətindən keçir və oxşar şübhəli fakt müşahidə olunmayıb

 

Tranzit və qeyri-tranzit yüklər Gürcüstanda gömrük nəzarətindən keçir və oxşar şübhəli fakt müşahidə olunmayıb- bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze Qoridə jurnalistlərə açıqlayıb.

Nazir müavini rus mətbuatında Krım körpüsündə partlayan yük avtomobilinin Gürcüstan ərazisindən də keçməsi ilə bağlı yayılan məlumatı şərh edib.

Daraxvelidze qeyd edib : “Gürcüstanın qeyd olunan məsələ ilə heç bir əlaqəsi yoxdur. Tranzit və qeyri-tranzit yüklər Gürcüstanda gömrük nəzarətindən keçir və oxşar şübhəli fakt müşahidə olunmayıb”.