Aleko Elisaşvili - Səfirlər bizə yalvarırdılar ki, görüş haqqında təfərruat verməyək
“Vətəndaşlar” partiyasının sədri Aleko Elisaşvili, müxalifət və iqtidar arasındaki danışıqların dördüncü raundundan sonra bəyan etdi ki, səfirlərin xahişi ilə danışıqların detalları haqqında danışmaqdan baş qaçırdır.
“Bir çox məsələ ilə bağlı kəskin mübahisələr oldu. Səfirlərə az qalsın yalvardım ki, danışıqların təfərrüatları haqqında ictimaiyyətə məlumat verə bilim, ancaq səfirlər də bizə yalvarırdılar ki, hələlik xalqa məlumat verməyək.
Heç bir təqdirdə parlamentə daxil olmuram və mənə qarşı yalan ittihamlar irəli sürənlər sadəcə axmaqdırlar. Hər kəsə tək-tək cavabını verəcəm” – dedi Aleko Elisaşvili.