Aleko Elisaşvili - Arqumentlərimizlə səfir tanışdır, indi Mayk Pompeonun müavininə də bildirəcəyik
Aleko Elisaşvili - Arqumentlərimizlə səfir tanışdır, indi Mayk Pompeonun müavininə də bildirəcəyik

“Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvili bəyan edir ki, Dövlət Departamentinin nümayəndəsi Filip Rikerlə görüş zamanı, ona seçkilərdən sonra ölkədə yaranan siyasi krizis haqqında məlumat veriləcək.

“ABŞ səfirliyindən şəxsən mənə zəng gəldi və bildirildi ki, saat 16:00-da, ABŞ Dövlət Departamentinin nümayəndəsi Filip Rikerlə müxalifətin görüşü keçiriləcək.

Biz ona gərəkən məlumatı verməliyik. Əsas məsələ əlbəttə ki, ölkədə yaranan siyasi krizisdir. Görək o bizə hansı arqumentləri təqdim edəcək və yaxud bu krizisdən hansı çıxış yolunu görür. Bizim arqumentlərimizi səfir bilir, indi onları cənab Pompeonun müavininə də bildirək” – dedi Aleko Elisaşvili.

Parlamentə daxil olub-olmayacağı ilə bağlı isə, Elisaşvili bəyan etdi ki, müxalifətdə hələlik buna hazırlıq yoxdur.

İqtidar tərəfindəm qanunverici orqana daxil olmaqla bağlı kompromisin qəbul edilməsi üçün müxalifətdə hələ hazırlıq yoxdur” – dedi Aleko Elisaşvili.

Xatırladaq ki, müalifət nümayəndələri bugün ABŞ dövlət katibinin müavini Filip Riker ilə görüşdülər.