Aksiyanın dağıdılmasında iştirak edən 10 hüquqmühafizəçinin xidmət səlahiyyəti dayandırıldı
Aksiyanın dağıdılmasında iştirak edən 10 hüquqmühafizəçinin xidmət səlahiyyəti dayandırıldı

Aksiyanın dağıdılması əməliyyatında iştirak edən 10 hüquqmühafizəçinin xidmət səlahiyyəti dayandırıldı, – bu barədə brifinqdə DİN-in Mərkəzi Kriminal Poilisi Departamentinin direktoru vəzifəsinin icraçısı, Mamuka Çelidze bəyan etdi.

Onun dediyinə görə, o cümlədən iki hüquqmühafizəçinin hətəkətində cinayət əlamətləti aşkar edildi.

“Araşdırma nəticəsində, bu mərhələdə, aksiyanın dağıdılmasında iştirak edən 10 hüquqmühafizəçinin xidmət səlahiyyəti dayandırıldı.

Bu mərhələdə, iki hüquqmühafizəçinin hətəkətində cinayət əlamətləti aşkar edildi. Müvafiq olaraq, qeyd olunan materiallar münasibatin bildirilməsi üçün, Baş Prokurorluğa göndərildi”, – Çelidze bəyan etdi.