Aksiya iştirakçıları İlk Respublika Meydanından Parlamentə doğru gedirlər
Aksiya iştirakçıları İlk Respublika Meydanından Parlamentə doğru gedirlər

Tbilisidə müxalifət və onların tərəfdarlarının aksiyası keçirilir.

Müxalifət və onların tərəfdarları, həmçinin bir neçə gənc hərəkatın nümayəndəsi İlk Respublika Meydanında toplaşdı və buradan Rustaveli prospektini keçərək Parlamentə tərəf tərpəndilər. Rustaveli prospektində hərəkət dayandırıldı.

“Avropa Gürcüstanı” partiyası liderlərindən biri, Qiqi Uqulavanın bəyan etdiyinə görə, müxalifətin əsas tələbi proporsional sistemi ilə növbədənkənar seçkçilərin keçirilməsidir.

Sabah Parlamentdə payız sessiyasının plenar iclası planlaşdırılıb.