Akaki Boboxidze bəyan edir ki, Gürcüstanda rusofobiya yoxdur, ölkədə sadəcə olaraq, anti-işğal əhval-ruhiyyəsi var
“Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Gürcüstanda Rusiyaya qarşı ağır münasibətin olduğuna təəcüblənməməlidir, çünki biz işğal edilmişik və Lavrov nə gözləyir, onlar tərəfindən işğal edilib xöşbəxt mi olmalıyıq?” – bu sözləri deputat Akaki Boboxidze Birinci Kanal ilə söhbət zamanı, Lavrovun bəyanatına cavab olaraq deyib.
“Gürcüstan əhalisi, hansı ölkədən olursa, olsun, işğalçıyı heç vaxt sevməz. Buna Lavrov təəcüblənməməlidir, çünki bunun səbəbi biz deyil, onlardır. Rusiya Gürcüstanı incitmək üçün hər cür tədbir həyata keçirir. İqtisadi cəhəddən Rusiyadan nə qədər az asılı olsaq, onun bizə qarşı həyata keçirdiyi tədbirlər də o qədər qüvvəsini itirəcək. Gürcüstan iqtidarı əlindən gələni etməlidir ki, Gürcüstan Rusiyadan iqtisadi cəhətdən asılı olmasın.
Rusiya bizə qarşı sanksiyalar həyata keçirməkdən vaz keçdi, çünki bilirdi ki, o sanksiyalar bizim üçün ağır, ancaq öldürücü olmayacaqdı. Əksinə, Rusiya Gürcüstandan daha da uzaqlaşacaqdı.
Xatırladaq ki, Rusiya Xarici İşlər Naziri Lavrov bəyan etmişdi ki, Gürcüstanla dostluğun və avia-reyslərin bərpasının tərəfdarıdır.