Acarıstanın iqtidar binasının yanında müxalifətin etiraz aksiyası keçirildi
Acarıstanın iqtidar binasının yanında müxalifətin etiraz aksiyaları yenidən başladı.
Aksiya iştirakçılarının bəyantına görə, son məqsədə nail olunana qədər – yenidən seçkilər keçirilənə qədər, etiraz aksiyaları 24 saat ərzində davam edəcək.
“Son məqsədimiz yenidən seçkilərin keçirilməsidir. Biz dayanmayacağıq. Etiraz aksiyaları davam edəcək. Həmçinin, müxalifət partiyaları toplanıb, yaxın günlərdə çox nəfərli aksiya keçirəcəyik” – dedi “Milli Hərəkatın” nümayəndəsi Giorgi Kirtadze.
Aksiyada “Milli hərəkatın” “Alternativ” adlı təşkilatının nümayəndələri iştirak edirdilər, hansılar noyabrın 21-də, Batumi rayon seçki məntəqəsinin yanındaki aksiya zamanı həbs edilən şəxslərə dəstək oduqlarını bidirdilər.