Acarıstan iqtidar binasının yanında keçirilən aksiyada qarşıdurma baş verdi

Acarıstan iqtidar binasının yanında keçirilən aksiyada qarşıdurma baş verdi.

“Təslim olma” təşkilatının nümayəndələri iqtidar binasına stikerlər yapışdırmağa çalışırdılar, ancaq hüquqmühafizəçilər onlara mane olarkən, demonstrantlar və polis arasında fiziki qarşıdurma baş verdi.

Aksiya iştirakçılarından birini təcili tibbi yardım xidməti xəstəxanaya apardı.

Hazırda Acarıstan iqtidar binasının yanındaki gərginlik davam edir.