Acarada, Qara Dəniz sahilində fırtına təhlükəsini göstərən işarə götürüldü
Acara regionunda, Qara Dəniz sahilində fırtına təhlükəsini göstərən qırmızı işarə götürüldü.
Bu barədə məlumatı Fövqəladə Hallar Xidməti yayır.
Xidmətin məlumatına görə, sahildə yerləşdirilən bəyaz işarələr göstərir ki, dənizdə çimmək artıq mümkündür.
“Fövqəladə Hallar Xidməti dənizdə istirahət edənlərdən xahiş edir ki, təhlükəsizlik qaydalarını qorusunlar” – deyilir xidmətin bəyanatında.