Aİ Priştinanın serblər üçün Kosovoya yeni giriş qaydalarının tətbiqini bir ay təxirə salmaq haqqında qərarını müsbət qiymətləndirir
Aİ Priştinanın serblər üçün Kosovoya yeni giriş qaydalarının tətbiqini bir ay təxirə salmaq haqqında qərarını müsbət qiymətləndirir

 

Aİ Priştinanın serblər üçün Kosovoya yeni giriş qaydalarının tətbiqini bir ay təxirə salmaq haqqında qərarını müsbət qiymətləndirir. Bu barədə Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Aİ-nin ali nümayəndəsi Cozef Borrel “Twitter” sosial şəbəkəsində yazır.

“Kosovonun tədbirləri sentyabrın 1-nə qədər təxirə salmaq qərarını alqışlayıram. Bütün blok-postların dərhal götürüləcəyini gözləyirəm. Açıq məsələlər Aİ-nin vasitəçiliyi ilə dialoq yolu ilə həll edilməli və diqqət Kosovo və Serbiya arasında münasibətlərin hərtərəfli normallaşdırılmasına yönəldilməlidir ki, bu da onların Aİ-yə inteqrasiya yolları üçün son dərəcə vacibdir” – deyə Cozef Borrel yazır.

Xatırladaq ki, Priştina Serbiya vətəndaşları üçün Kosovoya yeni giriş qaydalarının tətbiqini bir ay təxirə salmaq haqqında qərar qəbul edib. Sözügedən plan Kosovoda yaşayan serblərin etirazına səbəb olub və onlar yollarda blok-postlar qurublar.