Ağ Ev Rusiya və Bəşər Əsədin qüvvələrini Dəməşq yaxınlığında, şərqi Ğutaya hücumların dayandırılmasına çağırır
Ağ Ev Rusiya və Bəşər Əsədin qüvvələrini Dəməşq yaxınlığında, şərqi Ğutaya hücumların dayandırılmasına çağırır

Ağ Ev Rusiya və Bəşər Əsədin qüvvələrini Dəməşq yaxınlığında, şərqi Ğutaya hücumların dayandırılmasına çağırır. Bu barədə Ağ Ev tərəfindən yayılan bəyanatda deyilir.

“BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qətnamənin qəbul edilməsinin dəfələrlə uzadılması, Rusiya qətnamə şərtlərinin inkarına və günahsız dinc sakinlərin, əks terror əməliyyatı səbəbiylə qətlinə başladı”, – Ağ Evin bəyanatında deyilir.

Donald Trampın administrasiyası şərqi Ğutada durumu 2016-cı ildə Hələbin bombalanması ilə müqayisə etdi.

Vaşinqtonun göstəricilərinə görə, fevralın 24-28 fevral dövründə Xmeymim avia bazasından, qərbi Ğutanın bombalanması üçün rus təyyarələri hər gün təxminən 20 uçuş həyata keçirirdi.

Üsyançılar tərəfindən nəzarət olunan qərbi Ğutanı 2013-cü ildən Suriya Hökumət Qüvvələri mühasirəyə alıbdır. Fevralın 18-dən qərbi Ğutaya intensiv avia zərbələr endirildi. BMT-nin göstəricilərinə görə, həmin dövrdə təxminən 600 nəfər həlak oldu və 2000-dən artıq xəsarət aldı.

Fevralın 24-də BMT-nin Təhlükəsizlik Şurası Suriyada 30 gün ərzində atəşin dayandırılması rejiminin bəyan edilməsi haqqında qətnamə qəbul etdi.