Adam Kinzinger - Heç gözləmirəm ki, Gürcüstan üçün ayrılan yardımın 15 faizi dayandırıla, sanksiyalar haqqında söhbət olmayıb
Amerikalı konqresmen Adam Kinzinger assiqnasiya komitəsi tərəfindən Gürcüstanla bağlı hazırlanan qanunlayihə ilə bağlı bəyan edir ki, sənəddə göstərilən yardım məsələsinin müəyyən şərtlərlə hallandırılması Gürcüstan üçün problemli deyil.
Konqresmen “İmedi” teleşirkətinə bəyan etdi ki, qeyd olunan mətnin sanksiyalarla heç bir əlaqəsi yoxdur və elə bir şey müzakirə olunmur.
“Amerika müttəfiq ölkəyə pul ayırırkən, onlara məlumat verməlidir ki, qeyd olunan məbləğ müəyyən məqsədlər üçün xərclənməlidir. Bu şərtlərin xatırladılmasının problem olduğunu düşünmürəm və gələn yardımın 15 faizinin dayandırılmasını da gözləmirəm” – dedi Adam Kinzinger.
Adam Kinzinger bəyan etdi ki, Gürcüstanda sanksiyalar məsələsini siyasi tərəflər, siyasi məqsədlərlə istifadə edirlər.