“ABŞ Konqresində Gürcüstanın olduqca böyük çəkisi var”, – bu bəyanatı amerikalı konqresmen, Adam Kinzinger gürcü jurnalistləri ilə keçirilən video-konfrans zamanı verdi.
Kinzingerə 13 konqresmenin Gürcüstanla və Bidzina İvanişvili ilə bağlı məktubu haqqında sual verildi.
Konqresmen isə, bəyan etdi ki, ABŞ-ın qanunverici orqanı bir çox qanun qəbul edir və hesabat yazır və hər bir qanunverici hər hesabat haqqında bilmir.
“Konqresdə bir çox qanunlar qəbul edilir və hesabatlar yazılır. Dünyada bir çox ölkələrə qarşı xüsusi marağımız var və Gürcüstan da bu ölkələr arasındadır. Bu demək deyil ki, Konqresin 435 üzvü konqresdə hər dəqiqə çıxan hesabat haqqında bilir. Bu məsələnin əhəmiyyətini anlayıram. Mən sadəcə onu deyə bilərəm ki, Gürcüstan haqqında bütün konqresmenlərin məlumatı var və ABŞ Konqresində Gürcüstanın böyü çəkisi var və bu çox yaxşıdır” – dedi Adam Kinzinger.