ABŞ Senatının assisqnasiya komitəsi 2021-ci ilin büdcə layihəsi paketini yaydı, hansı ki, Gürcüstana ən az 132 milyon dolların ayrılmasını nəzərdə tutur
ABŞ Senatının assisqnasiya komitəsi 2021-ci ilin büdcə layihəsi paketini yaydı, hansı ki, Gürcüstana ən az 132 milyon dolların ayrılmasını nəzərdə tutur.
Assiqnasiya komitəsi tərəfindən yayılan qanunlayihəyə əsasən, Gürcüstana 132 025 000 dollarlıq maliyyə ayrılacaq.
Sənəddə Gürcüstanın işğal edilmiş ərazilərindən də söz edilir.
Qanunlayihədə həmçinin, deyilir ki, Rusiya tərəfindən işğal edən Gürcüstan ərazilərini “müstəqil dövlətlər” olaraq, tanıyan heç bir ölkə iqtidarı ABŞ-da maliyyə yardımı ala bilməyəcək.
Həmçinin, qeyd oluan qanunlayihə ilə ayrılan maliyyə Rusiya tərəfindən Abxaziya və Sxinvali regionlarının işğalının dəstəyi üçün istifadə edilməməlidir.
Sənədə əsasən, xəzinə katibi, beynəlxalq maliyyə institutunun icraçı direktoruna, Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə zidd olan proqramların qarşını almaq üçün istifadə olunacaq maliyyələşdirilmə ilə bağlı instruksiyalar verməlidir.