ABŞ Səfirliyi - Zaza Qaxeladze ilə bağlı verilən qərar, Rusiyanın Abxaziya və Cənubi Osetiyayı qeyri-qanuni şəkildə kontrol etdiyinin nümunəsidir
ABŞ Səfirliyi - Zaza Qaxeladze ilə bağlı verilən qərar, Rusiyanın Abxaziya və Cənubi Osetiyayı qeyri-qanuni şəkildə kontrol etdiyinin nümunəsidir

Zaza Qaxeladze ilə bağlı verilən qərar, Rusiyanın, Gürcüstana aid olan regionları, Abxaziya və Cənubi Osetiyayı qeyri-qanuni şəkildə kontrol etdiyinin nümunəsidir, – bu barədə ABŞ-ın Gürcüstandaki səfirliyi tərəfindən yayılan bəyanatda deyilir.

Səfirlik bəyan edir ki, Qaxeladzenin yaralanması və həbs edilməsi kimi təhlükəli faktlar, Rusiyanın 2008-ci ilin atəşkəs razılaşması ilə üzərinə götürdüyü öhdəliklər yerinə yetirilsə baş verməzdi.

“Biz cənab Qaxeladzeyə və ailəsinə və Rusiyanın işğalına məruz qalan bütün ailələrə dəstək olduğumuzu bildirmək istəyirik” – deyilir ABŞ Səfirliyinin bəyanatında.

İşğal altında olan Sxinvalinin qondarma məhkəməsi Zaza Qaxeladzeyə 12 il və altı ay müddəti ilə həbs cəzası verdi.