ABŞ Səfirliyi - Mayk Pompeo prezident Salome Zurabişvili ilə, daha öncə ABŞ Səfirliyinin yerləşdiyi, Orbelianilərin tarixi sarayındaki görüşdən məmnun qaldı
ABŞ-ın Gürcüstandaki Səfirliyi Gürcüstan prezidenti Salome Zurabişvili və ABŞ-ın dövlət katibi Mayk Pompeonun görüşü barədə bəyanat yayır.
“Dövlət katibi Mayk Pompeo prezident Salome Zurabişvili ilə, daha öncə ABŞ Səfirliyinin yerləşdiyi, Orbelianilərin tarixi sarayındaki görüşdən məmnun qaldı. Görüşdə dövlət katibi Birləşmiş Ştatların adı ilə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə hörmətini bir daha təsdiqlədi və qlobal terorizmə qarşı mübarizəyə etdiyi önəmli qatqı üçün Gürcüstana təşəkkür etdi”, – deyilir ABŞ Səfirliyinin bəyanatında.
Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Mayk Pompeonun və Gürcüstan prezidenti Salome Zurabişvilini görüşü prezident administrasiyasında bugün baş tutdu.
ABŞ-ın dövlət katibi bugün baş nazir Giorgi Qaxaria, xarici İşlər Naziri Davit Zalkaliani və Gürcüstanın Katolikos-Patriarxı İkinci İlia ilə də görüşəcək.
Mayk Pompeo Gürcüstanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək.
ABŞ-ın dövlət katibi Gürcüstana rəsmi səfərlə dünən gəldi.
Gürcüstanda səfərini başa çatdırdıqdan sonra, sonra Mayk Pompeo İsrailə gedəcək.