ABŞ səfirliyi gürcü polisləri peşə günü münasibətilə təbrik edir – ABŞ qürurla sizin yanınızdadır
Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyi gürcü polisini peşə günü münasibətilə təbrik edir. ABŞ səfirliyi bəyanatı ″Facebook″ səhifəsində yayıb.
“Polislər tez-tez təhlükəli vəziyyətlərdə çətin iş görməli olurlar. Bu cəsur kişilər və qadınların əksəriyyəti hər gün özlərini təhlükəyə atır və təhlükəsizliyimiz üçün çoxlu yuxusuz gecələr keçirirlər. Çətin anlarda rahat ola bilərik,çünki , hər zaman zəngimizə cavab verdiklərini bilirik.
Bu gün biz Polis Gününü qeyd edən bütün Gürcüstana qoşuluruq və COVID-19-a cavab tədbirlərində fədakarlıq nümayiş etdirən polis əməkdaşlarına təşəkkür edirik. Amerika Birləşmiş Ştatları qürurla sizin yanınızdadır “- deyə səfirliyin açıqlamasında bildirilir.
Hazırladı-Sevinc Mustafayeva